Məktəb Kitabxanaları Gününə özəl Açıq Hava Kitabxanasının açılışı!
22 oktyabr – Məktəb Kitabxanaları Günü münasibətilə Hədəf STEAM Liseyinin Qurtuluş korpusunda Açıq Hava Kitabxanasının rəsmi açılış mərasimi baş tutub. Tədbirdə Hədəf Liseyinin ümumi icraçı direktoru Nizami Hüseynov qonaq qismində iştirak edib.
Açılış mərasimində layihənin məqsədi, balabilgələrin mütaliə vərdişlərinin formalaşdırılmasında və oxu mədəniyyətinin inkişafında oynayacağı mühüm rol barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Açıq Hava Kitabxanası balabilgələrin asudə vaxtlarını mənalı və səmərəli keçirməsinə şərait yaradacaq, eyni zamanda onların kitab oxumağa marağını daha da artıracaq.
Açıq məkanda qurulan bu kitabxana balabilgələrə təbiət qoynunda mütaliə zövqünü yaşatmaqla yanaşı, bilik dairələrinin genişlənməsinə də töhfə verəcək.
Tədbir xatirə fotosessiyası və hədiyyələrin təqdimatı ilə yekunlaşıb.
İnanırıq ki, Açıq Hava Kitabxanası balabilgələrimizin oxu mədəniyyətinin formalaşmasında yeni və ilhamverici bir mərhələnin başlanğıcı olacaq.