Hədəfi böyük olanların liseyi

Lisey Bilgəsi Murad Həsənli Bir Günlük İcraçı Direktor Oldu

Fev 28, 2025
Lisey Bilgəsi Murad Həsənli Bir Günlük İcraçı Direktor Oldu

Lisey Bilgəsi Murad Həsənli Bir Günlük İcraçı Direktor Oldu

Hədəf STEAM Liseyi Nəsimi korpusunun Lisey Bilgəsi Murad Həsənli bir günlük liseyin icraçı direktoru vəzifəsini yerinə yetirdi.

Günün əvvəlində o, liseyin icraçı direktoru, ibtidai və orta təhsil üzrə direktor müavinləri, akademik direktor, Kembric məktəbinin direktoru və sinif rəhbərləri üzrə koordinator ilə görüş keçirdi. Görüş zamanı liseyin idarəedilməsi ilə bağlı bir sıra göstərişlər verdi və öz təkliflərini irəli sürdü.

Daha sonra sinif bilgələri ilə toplantı keçirərək onların layihələrinin icra vəziyyəti ilə tanış oldu və onlara lisey bilgələrinin posterini təqdim etdi. Bununla yanaşı, akademik direktor Təranə Sadıqzadə ilə birlikdə 2E1 sinfində dərs dinləmədə iştirak etdi.

Günün sonunda dərnəklərin fəaliyyəti ilə yaxından tanış olmaq üçün robototexnika dərnəyini ziyarət etdi. Burada balabilgələrin "Tinkercad" proqramında 3D yazıcı ilə hazırladıqları modelləri izləyərək onlara bəzi tövsiyələr verdi.