Hədəfi böyük olanların liseyi

COP29 və 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili"...

Noy 02, 2024
COP29 və 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili"...

İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 və 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar bu gün Hədəf Liseyi Qurtuluş korpusunun akademik direktoru Fatimə Kərimlinin rəhbərliyi, valideynlərlə iş üzrə koordinatoru Tuqay Abullayevanın təqdimatı ilə ekologiya ayının bağlanışına həsr olunan “EkoGələcək: Təmiz dünya üçün bir addım” adlı kafedraların dostluq tədbiri həyata keçirildi.

Ekologiyanın qorunması və ətraf mühitə qayğı ilə bağlı bütün tədbirlərin, kiçik addımın dəyərini unutmayaq. Hər ağacın, hər damla suyun, nəfəs aldığımız havanın qiymətini bilək. Çünki təbiət bizə sadəcə ev deyil, eyni zamanda gələcəyimizin təminatıdır.

Tədbirdə 6a2, 7a2 və 8a3 sinif balabilgələrinin coğrafiya müəllimləri, Tuqay Abdullayeva və Leyla İsalının təşkilatçılığı ilə hazırladığı "Ekoloji məhkəmə" keçirildi.
Məhkəmə zamanı balabilgələrimiz təbiətə ədalətli davranılmasının keşiyini hər birimizin çəkməli olduğumuzu vurğuladılar.
3e2 sinifinin balabilgələri ingilis dilində mahnı təqdim etdilər.
 STEAM və İnformatika kafedrasının müəllimləri Pərvanə Məmmədova, Elcan Seyidov, Arizə Gülməmmədova və balabilgələrin "Ağıllı zibil qutusu", "Yaşıl dünya, təmiz enerji", "Green Robot" adlı təqdimatları göstərildi. Həqiqətən də bir daha şahid olduq ki, təbiətimizi qorumaqda texnologiyanın da rolu əvəzsizdir.

Həmçinin tədbirdə xarici dillər kafedrasının ingilis dili müəllimi Sevinc Qənbərova 6a2 və 6a4 sinif balabilgələri ilə hazırladığı fləşmobu və Əsmər müəllim, Fidan müəllim, Çinarə müəllim və 9R sinif balabilgələrinin hazırladıqları qısa səhnəciyi izlədik.

Sonda isə Hədəf liseyləri üzrə icraçı direktor Nizami Hüseynova və Hədəf STEAM Liseyi Qurtuluş korpusunun icraçı direktoru Məmməd Məmmədliyə söz verildi.
Beləliklə, ekologiya ayı ərzində həyata keçirilmiş ekoloji layihələr, ətraf mühitin qorunmasına dair tədbirlər və bu möhtəşəm ayın nəticələri ilə tanış olduq.
Hər birimizin ekosistemdə necə əhəmiyyətli rola sahib olduğunu 8r2, 4e2, 1r2, 6a2, 2r2, 7a2, 6a4, 4r2, 7a2, 2a3, 4a2, 5e2 və 7a2 sinif balabilgələrimizin dilindən hazırladıqları sərgi formatında poster və divar qəzetlərinin təqdimatını izlədik. 

 Təbiət, ekosistemlər vəhdətdə işləyir. Hər canlının, bitkinin, heyvanın ekosistemdə öz rolu var. Buna görə də bizim hədəfimiz yalnız bir ağac əkmək deyil, bütövlükdə təbiəti qorumaq və ekosistemi balansda saxlamaqdır. Bunun üçün isə təhsilli, şüurlu və bir-birimizə dəstək olan bir cəmiyyətə ehtiyacımız var.

Əməyi keçən hər kəsə təşəkkür edirik.