Hədəf STEAM Liseyində məşhur qonaq!
Məktəbimizin qonağı məşhur ingilis yazıçısı, “Molly Moon and the Incredible Book of Hypnotism” bestsellerinin müəllifi, yüzlərlə kitabın və sevilən cizgi film qəhrəmanlarının yaradıcısı Corciya Binq idi! 📚
Corciya xanım liseyimizin konsepti və milli dəyərləri ilə yaxından tanış oldu, Dədə Qorqud çadırı və London Bus otağını ziyarət etdi.
İngilis bölməsinin balabilgələri ilə səmimi görüş zamanı yazıçı öz həyatı və yaradıcılıq yolu barədə maraqlı məlumatlar paylaşdı. Uşaqlar da öz növbəsində verdikləri suallar və paylaşdıqları kiçik hekayələrlə qonağın diqqətini cəlb etdilər.
Bir neçə balabilgəmiz “Necə yazar ola bilərəm?” sualını ünvanlayaraq Corciya Binqdən dəyərli məsləhətlər aldılar.
Görüş səmimi təbəssümlər, ilham dolu anlar və xoş xatirələrlə yadda qaldı.