Sinan Canan Hədəf Liseyinin müəllimləri ilə görüş keçirdi
Hədəf Liseyində keçirilən görüş çərçivəsində tanınmış nevroelm və təhsil üzrə ekspert Sinan Canan müəllimlərlə bir araya gəldi. Görüş zamanı müəllimlik vəzifəsinin əhəmiyyəti, beynimizin necə işlədiyi və öyrənmə prosesində bu biliklərin praktik tətbiqi mövzularına toxunuldu.
Sinan Canan müəllimlərin şagirdlərin ixtisas seçimindəki rolunu vurğulayaraq peşəkar yanaşmanın əhəmiyyətini qeyd etdi. Eyni zamanda işini sevgi və həvəs ilə görməyin müəllimlik peşəsinə olan təsirini, təhsilin keyfiyyətinə gətirdiyi əlavə dəyəri müzakirə etdi.
Bu görüş Nəsibə Aydın Okulları ilə əməkdaşlıq çərçivəsində müəllimlərin peşəkar inkişafını dəstəkləmək və onların bilik, bacarıq və təcrübələrini zənginləşdirmək məqsədilə təşkil olunub.