Hədəfi böyük olanların liseyi

Hədəf STEAM Liseyində Bilik Günü qeyd olundu

Sen 15, 2025
Hədəf STEAM Liseyində Bilik Günü qeyd olundu

Hədəf STEAM Liseyində Bilik Günü qeyd olundu

15 sentyabr – Bilik Günü münasibətilə Hədəf Liseyinin bütün filiallarında (Nəsimi, Qurtuluş, Xətai, Sumqayıt və Stars Campus) yeni tədris ilinə böyük ruh yüksəkliyi ilə start verildi.

🇦🇿 Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himni və üçrəngli bayrağımızın ucaldılması ilə başlandı. Ardınca müxtəlif bölmələrin Balabilgələri “Bilik gününüz mübarək olsun – С Днём знаний – Happy Knowledge Day!” sözləri ilə həmrəyliyi, dostluğu və gələcəyə ümidləri bölüşdülər.

 Birincilərin şeir, mahnı və rəqs kompozisiyaları, idarə heyətinin səmimi təbrikləri, milli dəyərlərimizi əks etdirən bayraq kompozisiyası bütün tədbirlərə xüsusi rəng qatdı. Ənənəyə sadiq qalaraq Balabilgələr “BalaBilgə andı”nı səsləndirərək yeni dərs ilinə böyük coşqu ilə qədəm qoydular.

2018-ci ildə fəaliyyətə başlayan Hədəf STEAM Liseyinin 5 ana prinsipi üzərində fəaliyyət göstərir. Bunlar Özünüdərk, Sağlamlıq, Bacarıq, Yaradıcılıq, Bilikdir ki, lisey bunları mənimsəyən Bilgə insan yetişdirməyi qarşısına hədəf qoymuşdur. 1-ci və 11-ci sinif Balabilgələrinin köməyi ilə türk mifologiyasından alınan “Yaşam Ağacı” damğasına 2025-2026-cı tədris ili bərkidilib. Tədbirin sonunda “BalaBilgə andı” səsləndirilib. Millətimiz və dövlətimiz üçün layiqli övlad olacaqlarına and içən Balabilgələr bəşəriyyətə fayda verəcəyinə, bayrağımızı şərəflə dalğalandıracaqlarına söz veriblər.

 Yeni tədris ili bütün Balabilgələrimizə, müəllimlərimizə və valideynlərimizə uğurlar, nailiyyətlər və ilham gətirsin!