Hədəf STEAM Liseyinin bütün filiallarında KİQ imtahanları keçirildi. Bu müşahidə növü balabilgələrin fənləri mənimsəməsini ölçən bir prosesdir. BİAM bütün fənlərin hamısından 2-7 siniflər (Azərbaycan, rus və ingilis dili bölmələri) üzrə ildə iki dəfə keçirilir. BİQ imtahanları (yanvar və iyun aylarında) bölmə rəhbərinin nəzarəti ilə hazırlanmış müəyyən tapşırıqlar əsasında SİM tərəfindən aparılır.
İldə iki dəfə KİQ imtahanları isə noyabr və aprel aylarında hər bir filialın fənn müəllimi tərəfindən elan olunan tarixə qədər keçirilir. Nəticələri isə müəllimlər imtahandan dərhal sonra hazırlayıb sınaq imtahan mərkəzinə göndərməlidirlər. Müəllimlərdən alınan nəticələr sistemə yazılır, reytinq cədvəli hazırlanır, məktəbin ilkləri elan edilib mükafatlandırılır.
Nəticəsi qənaətbəxş olmayan balabilgələr üçün xüsusi proqram qurulub müəllimi tərəfindən əlavələrə cəlb edilir. Ən gec bir ay müddətində yenidən imtahana cəlb edilib, qiyməti müəyyənləşdirilir.