14 dekabr – II Təhsil Menecerləri Forumu!
Forumda Türkiyə və Azərbaycanın təhsil müəssisəsi rəhbərləri məruzə ilə çıxış edəcəklər. Forumun məruzəçiləri illərlə qazandıqları təcrübələrə əsasən A-dan Z-ə təhsil menecmentinin incəliklərini dekabrın 14-də sizlər üçün açıqlayacaqlar.
Xarici və yerli mütəxəssislərin çıxışların dinləmək, bir sözlə təhsil dünyasının liderləri ilə bir araya gəlmək üçün geri sayım başladı.
Ümumilikdə 3 panel və 14 spikerdən ibarət II Təhsil Menecerləri Forumu təcrübələrlə dolu və unudulmaz olacaq.
Panellər üzrə mövzular və çıxışçılar:
"Təcrübədə innovativ idarəetmə" mövzusunda:
• Şəmil Sadiq – Hədəf Şirkətlər Qrupunun qurucu direktoru;
• Elbrus İsayev – Naxçıvan Dövlət Universitetinin rektoru;
• Şahin Bayramov – Qarabağ Universitetinin rektoru;
• Rüfət Əzizov – Sumqayıt Dövlət Universitetinin rektoru;
"Təhsil idarəetməsində rəqəmsal, texnoloji və ekoloji məsuliyyətlər" mövzusunda:
• Yusif Aliyev – Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru;
• Orxan Cabbarlı – “EKOetika” layihəsinin rəhbəri;
• Elçin Abbasov – İnteraktiv Elm Muzeyinin təsisçisi;
• Vüsal Yusifli – Elmi-kütləvi blogger;
"Məktəb idarə etməsində yaşıl təcrübə" mövzusunda:
• Elvin Əliyev – Hədəf Şirkətlər Qrupu Baş direktorun müavini;
• Eldar Aslanov – Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru;
• Zülfiyyə Veysova – Bakı Avropa Liseyinin direktoru;
• Tural Əhmədov – Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri çıxış edəcəklər.
Spikerlər:
İrfan Erdoğan – Boğaziçi Universiteti Təhsil fakültəsinin dekanı "Təhsil sahəsində islahatlar" mövzusunda, Ercüment Özayan Educo Group direktoru "Rəqəmsal əsrdə innovativ öyrənmə metodları" mövzusunda çıxış edəcəklər.
Təhsil forumunda iştirak edən bütün iştirakçılara sertifikat veriləcək.
20 noyabradək qeydiyyatdan keç və 20 % güzəşt qazan!
Məkan: Azərbaycan Dövlət Pedaqoji Universiteti
Tarix: 14.12.2024
Saat: 09:00
"Yaşıl təhsil" deyib yola çıxırıq, siz də bizə qoşulun, ideal təhsil mühitini birgə quraq!
Forumda iştirak ödənişlidir.
Ətraflı məlumat əldə etmək üçün rəy bölməsinə “Forum” yaza bilərsiniz.
Əlaqə:
+994 77 220 44 22