Hədəf Liseyi müəllimləri 7 – 14 may tarixlərində “Təhsil İşçilərinin Avropa Peşə-Təcrübə Proqramı” çərçivəsində İtaliya, Avstriya və Macarıstan ölkələrində təhsil-təcrübə səfərində iştirak etdilər. Səfər çərçivəsində Roma, Vyana və Budapeşt şəhərlərində müxtəlif məktəb və universitetlərdə seminar və təlimlərdə oldular.
Romanın ən qədim universiteti olan Sapienze universiteti, Roma Bio Medika Universiteti, San Leone Magno özəl məktəbi, Nunziante Magrone vəkillər kollegiyası, ADR mediasiya mərkəzində müəllimlərimiz beynəlxalq müstəvidə təhsil təcrübə mübadiləsi apardılar.
Həmçinin Vyana və Budapeştdə Azərbaycan Respublikası səfirliklərində və Mədəniyyət Mərkəzlərində qonaqpərvərliklə qarşılandılar.
Budapeştdə Yunus Əmrə İnstitutu və Metropoliten Universitetində də görülən işlər və aparılan təlim-tərbiyə və beynəlxalq prorqramlara tanış oldular.