Hədəfi böyük olanların liseyi

Hədəf STEAM Liseyinin bütün filiallarında qəbul-güzəşt imtahanı keçirildi.

Apr 15, 2024
Hədəf STEAM Liseyinin bütün filiallarında qəbul-güzəşt imtahanı keçirildi.

5000 HƏDƏFÇİ!

14 aprel tarixində Hədəf Kursları və Hədəf STEAM Liseyinin bütün filiallarında qəbul-güzəşt imtahanı keçirildi. Ümumilikdə 15 məntəqədə, 5000 şagird hədəfçi olmaq uğrunda mübarizə apardılar. Qəbul-güzəşt imtahanı Hədəf STEAM Liseyi və Hədəf Kurslarına qəbul qaydasının əsas prinsipidir və hər il keçirilir. Güzəşt imtahanı keçirməkdə hədəfimiz şagirdlərin bilgi və mühakimə bacarıqlarını ölçmək, xüsusi istedadlı şagirdləri müəyyənləşdirmək və imtahan nəticələrinə görə onlara güzəştli təhsil imkanı yaratmaqdır.
İmtahan 2-10-cu siniflərdə oxuyan (3-11-ci siniflərə qəbul olmaq istəyən) şagirdlər üçün Azərbaycan və rus bölmələri üzrə keçirilib. Güzəşt imtahanının nəticəsi bir il qüvvədədir, növbəti illərdə təhsil almaq istədikdə şagirdlər yenə qəbul-güzəşt imtahanında iştirak etməlidirlər. İmtahan nəticəsinə əsasən onlarla şagird 100 %, yüzlərlə şagird isə 20-100 % güzəştlə təhsil şansı qazanacaq.

Qeyd: Nəticələr 7 iş günü ərzində elan olunacaq.