STEAM əsaslı təcrübə-təlim proqramı keçirilib.
Hədəf Təlim və Karyera Mərkəzinin təşkilatçılığı ilə 3 aylıq STEAM əsaslı təcrübə-təlim proqramı başa çatıb
hedefliseyi.edu.az xəbər verir ki, təcrübə proqramı respublikamızda müəllimlərin peşəkar fəaliyyətinin inkişaf etdirilməsi və STEAM əsaslı təhsil kompetensiyalarının formalaşdırılması üçün keçirilən layihədir.
Təlim çərçivəsində:
✔️ Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru, dos. Şəmil Sadiqin “Hədəf konsepti, STEAM əsaslı təhsil”;
✔️ Hədəf Şirkətlər Qrupu Baş direktorunun elm və təhsil üzrə müavini Nizami Hüseynovun “Çətin sual, asan cavab”;
✔️ Hədəf STEAM Liseyi Abşeron filialının icraçı direktoru Cahid Hüseynovun “Təhsildə emosional zəka”;
✔️ Hədəf Təlim və Karyera Mərkəzinin mütəxəssisi Fərid Seyfullayevin “Z nəsli ilə Meta ünsiyyət”;
✔️ Hədəf STEAM Liseyi Bakı filialının Akademik direktoru Təranə Sadıq-zadə “Düşüncə tərzinin təlimə təsiri və inkişaf etdirilməsi”;
✔️ Hədəf STEAM Liseyi Abşeron filialının STEAM kafedra müdiri Elcan Seyidovun “ROBOT nədir?”;
✔️ Hədəf STEAM Liseyinin ibtidai sinif müəllimi Elmar Əliyevin “Şagird psixologiyası – uşaqlarla effektiv ünsiyyət”;
✔️ Hədəf STEAM Liseyi Bakı filialının STEAM kafedra müdiri Rəşad Əmirgünəyevin “Tədrisdə süni intellekt alətlər”;
✔️ Hədəf STEAM Liseyinin Azərbaycan dili və ədəbiyyat müəllimi Sərvinaz Cəfərovanın “Fənlərin inteqrasiyası”;
✔️ Hədəf STEAM Liseyi Abşeron filialının informatika kafedrasının müdiri Məmməd Kərimlinin “Ağıllı lövhə. Web 2”;
✔️ Hadaf Cambridge School direktoru Eren Kancıların “Cambridge programmers and qualifications”;
✔️ Hədəf Kursları Sumqayıt filialının müdiri Vüsal Heybətovun “Müasir müəllim həm də menecer olmalıdır!” adlı mövzularda təlimləri baş tutub.
Təcrübə proqramı nəzəri biliklər və interaktiv təlimlər əsasında keçirilib.
Sonda iştirakçılar sertifikatla təltif olunublar.