Hədəfi böyük olanların liseyi

“Bizdən-bizə” layihəsi keçirildi.

Fev 03, 2024
“Bizdən-bizə” layihəsi keçirildi.

Hədəf STEAM Liseyi Bakı filialında 30 – 31 yanvar tarixlərində “Bizdən-bizə” layihəsi keçirildi.

Tədbir Bakı filialının icraçı direktoru Aytən Hüseynovanın pedaqoji heyətə “Öyrənməyi necə öyrədək?” mövzusunda maraqlı və öyrədici seminarı ilə başladı.

Ardınca liseyin psixoloq-həkimi Zarina Əliyevanın təqdimatında “Qorxularımızı gücə çevirək”, filialın akademik direktoru Təranə Sadıq-zadənin təqdimatında “Necə danışaq ki, uşaqlarda öyrənməyə maraq oyadaq?”, kafedra rəhbəri Amalya Səmədovanın təqdimatında “How to change gaming devices into learning ones” mövzulu seminarlar baş tutdu.

Kafedra rəhbəri Səadət Məmmədova və ibtidai sinif müəllimi Əfsanə Həsənova isə inteqrativ dərs nümunələri təqdim edərək müəllimlərimizlə öz təcrübələrini bölüşdülər.

Sonda idman müəllimimiz Gündüz Bayramovun rəhbərliyi ilə əməkdaşlar arasında “Team building” yarışları keçirildi.