Hədəfi böyük olanların liseyi

Hədəf STEAM Liseyində “HəmÜrək” xeyriyyə yarmarkası baş tutub

Yan 02, 2024
Hədəf STEAM Liseyində “HəmÜrək” xeyriyyə yarmarkası baş tutub

Hədəf STEAM Liseyində “HəmÜrək” xeyriyyə yarmarkası baş tutub

Hədəf STEAM Liseyinin Bakı filialında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan “Həmrəy Ürəklər” – “HəmÜrək” xeyriyyə yarmarkası keçirilib.

Hədəf konseptinə əsasən təşkil edilən “HəmÜrək” xeyriyyə yarmarkasında hər sinif bir ölkəni təmsil edərək həmin ölkənin mədəniyyət, mətbəx və tarixini, müxtəlif dərslərdə, dərnəklərdə hazırladıqları əl işləri və atributları həm özlərinə, həm də qonaqlara sərgiləyiblər. Hər ölkəyə aid rəqs nömrələri də balabilgələr tərəfindən həvəslə ifa edilib.

“Xəzər band” musiqi qrupu, müğənnilər İlqar Xəyal, Tofiq Hacıyev və Ramil Nabran tədbirimizdə iştirak etməklə balabilgələrimizə bu xeyriyyə işində dəstək olublar.

Tədbirdə iştirak edən Pakistan İslam Respublikasının səfirinin köməkçisi Zarmina Naz xanım fəxri qonağımız olub. Maraqla balabilgələrin çıxışlarını izləyən, sərgi ilə tanış olan səfir nümayəndəsi çıxış edərək xoş arzu və diləklərini çatdırıb, Pakistan və Azərbaycan arasında siyasi və mədəni əlaqələrin sürətli inkişafından məmnunluğunu bildirib.

Eyni zamanda Abşeron filialımızda da xeyriyyə yarmarkamız keçirilib. Hər sinif təmsil etdiyi ölkənin milli adət-ənənələri, yeməkləri, əl işləri, atributları, rəqsləri ilə çıxış edib. Siniflərin ölkələr üzrə hazırladıqları rəqs nömrələri maraqla izlənib.

Balabilgələrin, müəllimlərin və valideynlərin aktiv iştirak etdiyi yarmarka gələn qonaqların da diqqətini çəkib.

Qeyd edək ki, “HəmÜrək” xeyriyyə yarmarkası artıq üç ildir ki, keçirilib. Yarmarkadan əldə olunan vəsait “Yaşat” fondu, qocalar və körpələr evinə ianə edilir.