Hədəfi böyük olanların liseyi

Nihat Büyükbaş Hədəf STEAM Liseyində..

Sen 25, 2023
Nihat Büyükbaş Hədəf STEAM Liseyində..

Sentyabrın 22-si Hədəf STEAM Liseyinin Bakı filialında pedaqoji heyət üçün Türkiyə Təhsil Nazirliyinin Uzmanı Nihat Büyükbaşın “Türk Dünyasında eğitimde kalite arayışları” mövzusunda seminarı təşkil edildi.

Seminar aşağıdakı istiqamətlərdə davam etdi:

• Başarılı eğitim sistemlerinin ortak özellikleri;
• Türk Dünyası eğitiminin ortak özellikleri;
• Okulda, ailede eğitim/kültür;
• Türk aile geleneğinde çocuk yetiştirme.

Nihat Büyükbaş bir çox dünya ölkələrinin təhsil sistemindən danışdı. Eyni zamanda ideal müəlim və uğurlu təhsil metodologiyalarına istinad edərək keyfiyyətli təhsilin təşkili üçün diqqət edilməli nüanslara toxundu.

N.Büyükbaş qeyd etdi ki, təhsildən danışarkən türk xalqlarının təhsil sistemlərinin ortaq və fərqli cəhətlərini, doğru bilinən yanlışları müəyyən etmək mütləqdir. Üstəlik məktəb və müəllimin, doğulub-böyüdüyü ailənin şagirdə, onun təhsilinə təsiri qaçılmazdır. Araşdırmalara görə, valideynin təhsilli olub-olmamasının, dünyagörüşünün şagirdin təhsil həyatına ciddi təsir etdiyi sübut olunub.

Sonda Hədəf STEAM Liseyinin qurucu direktoru Şəmil Sadiq Hədəf Şirkətlər Qrupunun 15 illiyinə həsr olunan döş nişanını Nihat bəyə təqdim etdi.

Qeyd edək ki, Nihat Büyükbaşın “Türklərdə təhsil” adlı kitabı “Hədəf Nəşrləri”ndə çapa hazırlanır.