Sizlərə hər il tədris olunan Hədəf Nəşrlərinin DƏYƏRLƏR dərsliyidən bəhs edək.
Hədəf Liseyində tədris olunan bu fənn Hədəf Konseptinə uyğun olaraq, balabilgələrə milli və bəşəri dəyərləri aşılayır. Dərslikdə hər bir dəyər hekayələr, aforizm və lətifələr ilə izah edilir. Hər dəyərə uyğun olaraq müvafiq tapşırıqlar və ailə layihələri şagirdlərin dəyəri tam mənimsəməsini təmin edir.
Balabilgə gündəliyi paralel olaraq şagirdin bu dəyərlər haqqında öz fikirlərini, hər həftə yeni öyrəndiklərini qeyd edə bilməsi üçündür.
Dəstə həmçinin Dəyərlər təqvimi də daxildir.
Balabilgələrimizin bu fənnə olan marağı bizi sevindirir və dərslik komplektinin öz məqsədinə uğurla nail olacağına inamımızı artırır.